“Unicapital”a lisenziyalar verilib

unicapitala-lisenziyalar-verilib
Oxunma sayı: 633

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Unicapital” Açıq Səhmdar Cəmiyyətinə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib. Komitənin İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.
Nigar Məmmədli