“Unicapital”dan aldadıcı investisiya vədlərinə qarşı emosional yanaşma - Video

unicapitaldan-aldadici-investisiya-vedlerine-qarsi-emosional-yanasma
Oxunma sayı: 1096

“Unicapital İnvestisiya Şirkəti” ötən həftə “Bunu ki, ən yaxşı sən bilirsən!” sloqanlı sosial məsuliyyətli çarxı ilə gündəmin müzakirə mövzularından birinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, çarx ilk dəfə ölkəmizdəki investisiya sahəsində yaşanan problemlərə həssas yanaşaraq, əhalini edilən hər bir investisiyanın məsuliyyətini anlamaq, aldadıcı investisiya vədlərinə inanmamağa çağırır.

Hazırda süni intellekt və texnologiyanın inkişafı, paralelində investorların dezinformasiyaya məruz qalması halının artmasına gətirib çıxarıb.

Sosial çarxı, əhalinin bu hallara qarşı məlumatlandırılması istiqamətində atılan ilk və uğurlu addım kimi qiymətləndirmək olar.

Ssenaridə investisiya etmək, atanın övladını böyütməsi və bu zaman ərzində bütün uğurlarda sevinib, məğlubiyyətlərdə məyus olmaması, sonda gələcək uğura inanmasının analogiyası kimi öz əksini tapıb.

Nəzərinizə çatdıraq ki, “Unicapital” 17 ildən artıqdır ki, investisiya xidmətləri göstərən lider şirkətlər sırasında qərarlaşıb.

Şirkətin builki prioriteti gənclərin və əhalinin maliyyə və investisiya sahəsində maarifləndirilməsi üzrə innovativ layihələrə imza atmaqdır.

Xatırladaq ki, “Unicapital.İ.Ş” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank”KB ASC-ə məxsusdur.