UNICEF və RİİB koronavirusla bağlı televiziyalarda müzakirələr təşkil edəcək

unicef-ve-riib-koronavirusla-bagli-televiziyalarda-muzakireler-teskil-edecek
Oxunma sayı: 750

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə koronavirus (COVID-19) pandemiyası ilə bağlı riskli əhali qruplarının maarifləndirilməsi layihəsini həyata keçirir. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, layihə çərçivəsində televiziyalarda tok-şou formatında müzakirələrin aparılması, eləcə də müxtəlif maarifləndirici materialların könüllülərin dəstəyi ilə Bakı şəhəri və regionlarda paylanılması nəzərdə tutulur. 

İlk müzakirə mayın 14-də saat 19:30-da İctimai TV-də “Sabaha saxlamayaq” proqramında təşkil olunacaq. Verilişdə “Pandemiya dövründə əhalinin psixoloji durumu” mövzusunda diskussiya aparılacaq.

Layihə çərçivəsində ümumilikdə 3 televiziya verilişində müzakirələr təşkil olunacaq.