“Unikal”da yanğın söndürülüb - Yenilənib

unikalda-yangin-sondurulub
Oxunma sayı: 2292

“Unikal” qəzetinin və Unikal.org saytının redaksiyası yanır.

Qafqazinfo” Unikal.org-a istinadən xəbər verir ki, Binəqədi rayonu 8-ci mk-r, Əcəmi Naxçıvani 5 n ünvanında yerləşən redaksiyanın yaxınlığındakı obyektdə başlayan yanğın qəzetin və saytın ofisinə keçib.

Hazırda əraziyə Binəqədi rayon yanğısöndürənləri cəlb olunub.

Unikal.org-un əməkdaşı redaksiyadan təxliyə olunub. Hazırda digər əməkdaşlar saytı kənardan idarə edir. 

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Qeyd edək ki, qəzetin və saytın redaksiyası 2 gün öncə təmirdən sonra istifadəyə verilib.

***

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın artıq söndürülüb.

Redaksiyaya ciddi ziyan dəyib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Unikal.org-a verilən məlumata görə, xəsarət alan olmayıb.