“Universal Motors”dan koronavirusla mübarizəyə dəstək

universal-motorsdan-koronavirusla-mubarizeye-destek
Oxunma sayı: 1157

Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarların dəstəyi davam edir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Universal Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti koronovirusla mübarizə məqsədilə Fonda 5 min manat vəsait köçürüb.

Dünyanın bir neçə  tanınmış şirkətlərinin rəsmi nümayəndəsi olaraq Azərbaycanda fəaliyyət göstərən “Universal Mmotors” MMC “Howo” və “Shacman”  yük maşınlarının ehtiyat hissələrinin satışı ilə məşğuldur. Şirkət pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsinə və vətəndaşları dövlətin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.