Universiadaya 88 idmançımız gedəcək

universiadaya-88-idmancimiz-gedecek
Oxunma sayı: 1132

Çinin Çenqdu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında iştirak edəcək Azərbaycan idmançılarının sayı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, yarışda ölkəmizi 88 idmançı təmsil edəcək.

Ümumilikdə isə 134 nəfərlik heyət Çinə yollanacaq.

Komandamız yarışa iyulun 24-də gedəcək.

Elsevər Məmmədov