"Qafqazinfo"ya Təhsil Nazirliyindən daxil olan məlumata görə, layihənin əsas məqsədi şagirdlərdə ali məktəb kitabxanaları haqqında dolğun təsəvvürlərin formalaşdırılmasını və onlara əlavə biliklərin verilməsini təmin etmək, eləcə də məktəblilərin universitet kitabxanaları ilə yaxından tanış olmalarına əlverişli şərait yaratmaqdan ibarətdir.
Layihə çərçivəsində Bakı şəhərindəki Heydər Əliyev adına Lisey, 132-134 nömrəli Təhsil Kompleksi, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi və Gənc İstedadlar Liseyinin hər birindən 8 nəfər IX – XI sinif şagirdi ADA Universitetinin kitabxanası ilə yaxından tanış olub.
ADA Universiteti kitabxanasının dekanı Marta Spirz şagirdlərə rəhbərlik etdiyi kitabxana haqqında ətraflı məlumat verib, elektron və ənənəvi resurslardan istifadə imkanları barədə fikirlərini bildirib.
Məktəblilər ADA Universitetinin kitabxanası haqqında təəssüratlarını qeyd edib və əvvəlcədən müəyyənləşdirilmiş meyarlar üzrə qiymətləndirmə aparıblar.
Qeyd edək ki, layihə çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin 6 ali məktəb kitabxanasına səfəri nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər