Universitet müəllimi oğlunun məzarı üstündə vəfat etdi

Universitet müəllimi oğlunun məzarı üstündə vəfat etdi
Oxunma sayı: 6578

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris departamentinin direktor müavini, dosent Ənvər İmanov vəfat edib.

Bu barədə “Qafqazinfo”ya universitetdən məlumat verilib.

Bildirilib ki, 70 yaşlı müəllim oğlunun məzarını ziyatərətə gedərkən qəfil ürəktutmadan vəfat edib. 

Ə.İmanov bir il əvvəl gənc oğlunu itirib və bundan sonra səhhətində problem yaranıb.