Universitetdə 90 illik yubiley

universitetde-90-illik-yubiley
Oxunma sayı: 1234


“Qafqazinfo” xəbər verir ki, konfransdan əvvəl Coğrafiya fakültəsində görkəmli alimin barelyefinin açılış mərasimi olub. Konfransda respublikanın tanınmış ziyalıları, o cümlədən universitetin professor-müəllim heyəti, tələbəblər də iştirak ediblər. Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov professor Rizvan Piriyevin həyat və yaradıcılığından danışıb, onun Azərbaycan xalqı və dövləti qarşısındakı mühüm xidmətlərini diqqətə çatdırıb.

Coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov “Rizvan Piriyevin həyatı və elmi-pedoqoji fəaliyyəti haqqında”, Ekoloji coğrafiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı “Zəmanəsini tərənnüm edən alim-ziyalı”, AMEA-nın Coğrafiya institunun direktor müavini Elbrus Əlizadə professor “Qayğıkeş müəllim, böyük alim” , AMEA-nın Dilçilik institutunun direktoru, professor Tofiq Hacıyev, Geodeziya və kartoqrafiya kafedrasının müdiri Məqsəd Qocamanov, Coğrafiya fakültəsinin dekan müavini Ramiz Əhlimanov, Slavyan Universitetinin pedaqoqika kafedrasının dekanı, professor Eldar Piriyev mövzuları üzrə məruzə ediblər. 

Çıxışlar və xatirələrdən sonra tədbir işini bölmələrdə davam etdirib. 4 bölmədən ümumən 112 məruzə dinlənilib.