Universitetdə elmi-praktik konfrans

universitetde-elmi-praktik-konfrans
Oxunma sayı: 824


“Qafqazinfo” xəbər verir ki, dekan müavini dosent Cavanşir Muradov konfransın Təhsil Nazirliyinin göstərişi ilə hazırlandığını və keçirildiyini bildirib. Konfransda qaldırılan məsələlərin əhatə dairəsi və qarşıya qoyulan vəzifə və məqsədlər haqqında münasibətdən bəhs açan Cavanşir Muradov konfransda oxunacaq məruzələr haqqında məlumat verib. 

Müasir Azərbaycan ədəbiyyat kafedrasının müdiri, professor Tofiq Hüseynoğlu “Müasir gənclik və milli-mənəvi tərbiyənin aktual problemləri” mövzusunda geniş məruzə edib. Məruzəçi mövzu ilə əlaqədar elmi-nəzəri və ədbi-bədii materiallardan istifadə ilə maraqlı və orijinal fikirlər söyləyib. 

Konfrans tələbələrin sualları ətrafında qurulan maraqlı müzakirə ilə başa çatıb.