Universitetdə Müstəqillik Günü

universitetde-musteqillik-gunu
Oxunma sayı: 638

“Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyi 18 oktyabr 1991-ci il Müstəqillik günü münasibətilə təşkilatın ofisində və Bakı Qızlar Universitetində tədbir keçirib. “Qafqazinfo”nun məlumatına görə, təşkilatın ofisində eçirilən tədbiri giriş sözü ilə açan “DCİY” İB-nin idarə heyyətinin sədri və YAP-nın əsas fəallarından biri olan Tural Məmmədov Azərbaycanın müstəqilliyi barədə tədbir iştirakçılarını məlumatlandıraraq, Ulu Öndərin 1993-cü ildə hakimiyyətə gəlməsi və müstəqil Azərbaycanın gələcəyinin təmin etməsi haqqında geniş nitq söyləyib. Bundan əlavə sədr müstəqilliyimizin qorunub saxlanılmasında hər bir kəsi məsuliyyətli olmağa çağırıb.

İki saata yaxın davam edən tədbirdə “DCİY” İB-nin İctimai əlaqələr üzrə şöbə müdiri Tural Vəlizadə də Azərbaycanın müstəqilliyinin bərpası və bu müstəqilliyin qazanılmasından geniş bəhs edib. O, həmçinin əzabla əldə olunan bu müstəqilliyin hər kəs tərəfindən göz bəbəyi kimi qorunmalı olduğunu xüsusi vurğulayıb. Ən başlıcası isə, bu azadlığın qorunmasında gənclərin üzərinə böyük yük düşməsindən danışıb.

DCİY İB-nin Bakı Qızlar Universitetində təşkil olunan tədbirində isə təşkilatın ümumi nəzarət üzrə vitse-prezidenti İntiqam Cəbrayılov 18 oktyabr günü ilə bağlı tələbələr qarşısında geniş nitq söyləyib. O, müstəqilliyimizin əbədiliyindən bəhs edərək bu yolda Ulu Öndər Heydər Əliyev kursunun davamçısı prezident İlham Əliyevin ətrafında sıx birləşməyin önəmindən danışıb.