Açılış mərasimində iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər ictimaiyyətinin nümayəndələri sarayda yaradılan şəraitlə yaxından tanış olublar. Məlumat verilib ki, burada futbol, voleybol, basketbol və tennis zalı, stolüstü oyunlar - ahmat və dama oyunları üçün ayrıca otaq yaradılıb ki, bu da universitet kollektivinin idmanın müxtəlif növləri ilə məşğul olmasına hərtərəfli imkan verəcək.
İştirakçılar saraydakı trinajor zalı, soyunub geyinmə otaqları, həmçinin duşxana ilə də tanış olduqdan sonra bu ali təhsil müəssisəsində idmana göstərilən qayğını yüksək dəyərləndirib.
Son xəbərlər
Son Xəbərlər