“Universitetlər nə vaxta qədər dövlət büdcəsinə göz dikəcək?”

universitetler-ne-vaxta-qeder-dovlet-budcesine-goz-dikecek
Oxunma sayı: 1683

“Nə vaxta qədər universitetlərimiz ancaq dövlət büdcəsinə göz dikəcək? Müəllim auditoriyalara dərsləri necə var deyəcək. Sonra bir problem olanda da universitet rəhbərləri deyəcəklər ki, dövlət büdcəsindən az vəsait ayrılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı bu gün Milli Məclisdə Elm və təhsil komitəsinin və “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun birgə iclasında deyib. O bildirib ki, universitetlər bu yolla narazılıqları özlərindən uzaqlaşdırıb dövlətə yönəldəcəklər:

“Mənim düşüncəmə görə, bu yanlışdır və biz bundan ötrü də çox ciddi düşünməliyik”.