Unun qiyməti ilə bağlı hansı işlər görülüb?

unun-qiymeti-ile-bagli-hansi-isler-gorulub
Oxunma sayı: 1735

“Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması məqsədilə sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri verilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. 

Həmçinin oxuyun: Платите картой и получайте больше НДС

“Növbəti ildə də ərzaq təhlükəsizliyi tədbirləri üçün büdcə xərclərinin həcmi artırılır və cari ilə nisbətən 38,6% çoxdur (625,2 mln. manat). Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tədbirlər üçün gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulub (180 milyon manat)”, - deyə Baş nazir qeyd edib.