Ünvanlı sosial yardımların müddəti avtomatik uzadılır

unvanli-sosial-yardimlarin-muddeti-avtomatik-uzadilir
Oxunma sayı: 1387

“Ünvanlı sosial yardımların müddəti uzadılacaq”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. 

O bildirib ki, karantin günlərində ünvanlı sosial yardım müddəti bitən şəxslərin ödənişi alma müddəti avtomatik uzadılacaq: “Karantin müddəti bitənədək onlar yardımı alacaqlar. Bunun üçün narahat olmasınlar. Son günlərdə 30 min insana sosial yardım təyin edilib. Hazırda 7 min ailə, 78 min insan ünvanlı sosial yardım alır”.