Uolter Mondeyl 93 yaşında vəfat etdi

uolter-mondeyl-93-yasinda-vefat-etdi
Oxunma sayı: 1551

ABŞ-ın keçmiş vitse-prezidenti Uolter Mondeyl bu gün 93 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” ABŞ mətbuatına istinadən xəbər verir ki, ailənin sözçüsü Keti Tenhey bildirib ki, Mondeyl Minneapolis şəhərindəki evində ailəsinin əhatəsində vəfat edib.

Qeyd edək ki, Uolter Mondeyl 1977- 1984-cü illərdə Cimmi Karter administrasiyasında vitse-prezident vəzifəsində çalışıb.