Uorlik Nalbandyanla görüşündən yazdı

uorlik-nalbandyanla-gorusunden-yazdi
Oxunma sayı: 799

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Ermənistan Xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Uorlik Tvitterdə yazıb.

Uorlik görüşdən məmnun qaldığını ifadə edib.

O, görüş zamanı tərəflərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti addımları müzakirə etdiyini bildirib.