Uorlik Xocalıyla bağlı tədbirə qatılacaq

uorlik-xocaliyla-bagli-tedbire-qatilacaq
Oxunma sayı: 731

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirə qatılacaq.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu barədə amerikalı həmsədr özünün Tvitter səhifəsində yazıb.

"Mən Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə iştirak etməyi planlaşdırıram. Biz bütün münaqişə qurbanlarına görə kədərlənir və sülh naminə işləyəcəyik", deyə həmsədrin yazısında bildirilir.