“Ural Hava Yolları”nın təyyarəsi Bakıya endi - Saxlanılan var+ Yenilənib

ural-hava-yollarinin-teyyaresi-bakiya-endi
Oxunma sayı: 4409

“Ural Hava Yolları” şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bəhreyn şəhərindən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da  Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib. 

Hava gəmisinin qəza enişinə səbəb HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsidir.

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.

HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib.

***

“Life Shot” teleqram-kanalı xəbər verir ki, “Ural Hava Yolları”na məxsus “Airbus A321”də bomba olduğuna dair qeydi qoyan şəxs saxlanılıb. 

Təyyarədə axtarış işləri bitib və heç bir şübhəli əşya tapılmayıb.

***

“İnterfaks”ın məlumatına görə, qeydi tualetə kişi qoyub. Onun barəsində ətraflı məlumat verilmir.