Bakıda ürəyi sağda olan uşaq doğulub

bakida-ureyi-sagda-olan-usaq-dogulub
Oxunma sayı: 3454

Bakıda ürəyi sağda olan körpə doğulub.

“Qafqazinfo” xəbər verir ki, anomaliya halı ilə bağlı atası Rəşad Rüstəmov məlumat verib.

O bildirib ki, oğlu Sirat Fərhad avqustun 22-də dünyaya gəlib. 3 aylıq körpədə müxtəlif sağlamlıq problemləri var ki, ailənin maddi vəziyyəti xərcləri qarşılayacaq durumda deyil:

“Uşağın ürəyi sağdadır, ürəkdə 7mm və 5mm diametrli böyük və bir neçə kiçik dəliklər var. Bu dəliklərdən dolayı qan düzgün paylanmır və ağciyər stabil qan almadığından durğunluq yaranır, ağciyər iltihab verməyə başlayır. Nəticədə uşaq toplanmış bəlğəm kütləsindən boğulmağa, təngnəfəs olmağa başlayır və pnevmaniya olaraq reanimasiyaya yatır. Artıq bir dəfə klinik ölüm keçirib.

Tezliklə ürəkdən əməliyyat olmasa, dəfələrlə pnevmaniya səbəbindən antibiotiklər almaqdan ciyərlər sıradan çıxacaq. Bunlarla yanaşı uşağda qrija və digər problemlər var”.