“Ürəyim təmizdi, ona görə belə gözələm”

ureyim-temizdi-ona-gore-bele-gozelem
Oxunma sayı: 687

Əməkdar artist Ruhəngiz Musəvi görünüşü ilə bağlı gəzən söz-söhbətlərə son qoymaq istəyir. 

“Qafqazinfo”nun məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan ifaçı bildirib ki, bir çoxları onun plastik əməliyyat keçirdiyini vurğulayıb: 

“Mənim 64 yaşım var, heç bir zaman plastik əməliyyat etdirməmişəm. Əməliyyat etdirənə oxşayıram? Bir çoxlarına arzu edirəm ki, bu yaşda mənim kimi qalsınlar. Görün əməliyyat etdirsəm necə olaram. Məndə hər şey təbiidir.

Deyirlər ki, niyə belə gözəl qalmısız? Deyirəm ki, ürəyim təmizdi, ona görə belə gözələm. Həm də ki, istəmirəm ki, məni qoca görsünlər. Lazım olsa, gələcəkdə plastik əməliyyat etdirəcəm. Amma bu günə qədər heç bir yerimdə dəyişiklik etdirməmişəm”.