Ürəyimiz yanan gün... - Yanğın qurbanları anılır+Fotolar

ureyimiz-yanan-gun
Oxunma sayı: 4575

Xəbər verdiyimiz kimi, bu gün 19 may yanğınından bir il keçir. "Qafqazinfo"nun əməkdaşları Binəqədi rayonunda yerləşən həmin binaya baş çəkərək sakinlərlə həmsöhbət olub.

Artıq binanın qarşısına yığışan sakinlər faciə qurbanlarını anır.

***

Yanğında həlak olan balaca Fərəhin anası Günay hazırda Bakıda olmasa da, ötən bir ilin kədərini əməkdaşımızla bölüşüb:

"Bəzən mənə elə gəlirdi ki, zaman keçmir, 1 il 10 il kimi, 100 il kimi uzun və ağır gəldi. İndi isə sanki hadisə dünən olmuş kimi hiss edirəm. Deyirlər zaman hər şeyi həll edir, acıları azaldır. Mənim acım azalmaq əvəzinə daha da artıb, daha da alovlanıb. Elə bil bədənimin, beynimin, ürəyimin indi donu açılır və bu acı qəlbimin dərinliyinə işləyir".

***

Yanan binanın yaxınlığında yerləşən Mərasim zallarından birində yanğında həlak olanların ruhuna ehsan verilir.

Hadisə yerindən fotoları təqdim edirik:

Günel Hacı

Fotolar: Nuran Məmmədov