Urqant Rusiyadakı mülklərini satışa çıxardı

urqant-rusiyadaki-mulklerini-satisa-cixardi
Oxunma sayı: 2691

Ötən həftə İsraildəki məzuniyyətindən Rusiyaya dönən teleaparıcı və şoumen İvan Urqant Moskvadakı daşınmaz əmlakını satışa çıxarıb.

Bu barədə “Qafqazinfo” “ВЧК-ОГПУ” teleqram kanalına istinadən xəbər verir.

Məlumata görə, Urqant Moskva-Sitidəki evi və Moskva yaxınlığındakı elit malikənəsinin satışı ilə bağlı danışıqlar aparıb. Bundan əlavə, teleaparıcı İsrail və ya Gürcüstanda ev almaq fikrindədir.

Teleqram kanalın iddiasına görə, Urqant İsrailə məzuniyyətə deyil, ailəsinin vətəndaşlıq alması üçün sənədləri aidiyyəti qurumlara təqdim etməsi üçün getmişdi. KİV-in məlumatına görə, teleaparıcının 2018-ci ildən İsrail vətəndaşlığı var.

Qeyd edək ki, İ. Urqantın Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını qınaması və Rusiyadan getməsindən sonra bir çox ictimai xadim onu tənqid etmişdi.