Ursula Fon der Lyayen Azərbaycanda səfərdədir - Yenilənib

ursula-fon-der-lyayen-azerbaycanda-seferdedir
Oxunma sayı: 3475

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ursula Fon der Lyayen öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, Azərbaycana yeni saziş imzalamaq üçün səfər edib.

***

Azərbaycan və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ursula Fon der Lyayeni hava limanında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, Azərbaycanın Belçika Krallığındakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşılayıblar.