Ursula von der Leyen yenidən sədr seçildi

ursula-von-der-leyen-yeniden-sedr-secildi
Oxunma sayı: 1911

Ursula von der Leyen yenidən Avropa Komissiyasının Prezidenti seçilib. 

“Qafqazinfo” xəbər verir ki, Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyası zamanı bununla bağlı səsvermə baş tutub.

Avropa Parlamentinin 720 üzvündən 401-i Leyenin lehinə səs verib.

Xatırladaq ki, 65 yaşlı alman siyasətçi 2019-cu ildən Avropa Komissiyasının Prezidenti olub.