Kopa Amerika turnirinin C qrupunda III turun oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Uruqvay millisi Yamayka ilə qarşılaşıb. 3:0 hesabı ilə qalib gələn Uruqvay qrupu 3-cü pillədə başa vurub. Yamayka isə turnirdə xal üzünə həsrət qalıb.
Əlavə edək ki, bu qrupdan növbəti mərhələyə Venesuela və Meksika yığmaları vəsiqə qazanıb.
Uruqvay – Yamayka 3:0
Qollar: Abel Hernandes, 21, Vaqin Uotson, 67 (avtoqol.), Matias Koruxo, 89
Son xəbərlər
Son Xəbərlər