Uşağa siqaret satan cərimələndi

usaga-siqaret-satan-cerimelendi
Oxunma sayı: 1439

Saatlı rayonunda azyaşlılara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, fevralın 1-də Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu məqsədlə tədbir keçirilib.

Reyd nəticəsində rayonun Şirinbəyli kəndi ərazisində 1 mağaza satıcısının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması aşkar edilib.

Həmin iaşə obyektinin satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub və 100 manat cərimə olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.