Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 6 yaşlı uşağı avtomobillə vurub öldürməkdə təqsirləndirilən Məlik Meybullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə M.Meybullayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Binəqədi qəsəbəsində baş verib. M.Meybullayev idarə etdiyi avtomobillə piyada 6 yaşlı Turan Tahirlini vurub. Xəstəxanaya çatdırılan T. Tahirli 17 gündən sonra vəfat edib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər