Bakıda uşağın barmağında qalan dmir halqanı FHN-in xilasediciləri çıxarıb.
“Qafqazinfo” xəbər verir ki, “112” telefon xəttinə Nəsimi rayonunda uşağın barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Təcili tibbi yardım briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.
Həmçinin oxuyun: В Загатале пропали направлявшиеся к водопаду туристы
Son xəbərlər
Son Xəbərlər