Uşağın əli ətçəkən maşında qaldı

usagin-eli-etceken-masinda-qaldi
Oxunma sayı: 1835

Bakıda azyaşlı uşağın əli ətçəkən maşında qalıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda yaşayan azyaşlı uşağın əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə uşağın əlini ətçəkən maşından çıxarıblar.

Əməliyyat saat 19:23-da başa çatıb.