USAID-in Ukraynadakı işçi sayı 64-dən 8-ə endirildi

usaid-in-ukraynadaki-isci-sayi-64-den-8-e-endirildi
Oxunma sayı: 1117

Amerika Prezidenti Donald Trampın administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ukraynadakı mövcudluğunu azaltmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilir ki, 64 amerikalı işçi və podratçıdan yalnız səkkizi ölkədə qalacaq. Qalanları inzibati məzuniyyətə göndəriləcək və Ukraynadan çıxarılacaq.