Uşaq bağçalarına işə qəbul bu gündən dayandırılır

usaq-bagcalarina-ise-qebul-bu-gunden-dayandirilir
Oxunma sayı: 3911

Məktəbəqədər təhsil müəssisələrində işə qəbul prosesi dekabrın 21-dən etibarən dayandırılır.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyətlərinin balansından alınaraq Təhsil Nazirliyinin tabeliyinə verilib.

Həmçinin oxuyun: Bakıda “Deloitte” şirkətinin direktoruna qarşı oğurluq olub - Foto