Uşaq bağçasında yanğın oldu - Bakıda

usaq-bagcasinda-yangin-oldu-
Oxunma sayı: 1971

Binəqədi rayonunda yerləşən uşaq bağçasında yanğın baş verib.

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, səhər saatlarında 178 saylı uşaq bağçasının (məcburi köçkünlər məskunlaşıb) birinci korpusunun 1-ci mərtəbəsində yanğın başlayıb. Yanğın zamanı 6 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.