“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2004-cü il təvəllüdlü Fuad Etibar oğlu Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evindən qaçıb və geri qayıtmayıb.
Araşdırmalar zamanı, uşağın anasının yanına getdiyini bəlli olub. Əməliyyat işçiləri Fuadı öz evlərində həyətdə tapıblar. O, uşaq evinə qayıtmaq istəmədiyini deyib. Anası da ərizə yazaraq Fuadı uşaq evindən çıxarıb və bundan sonra özü ilə saxlayacağını bildirib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər