“Uşaq evlərində sovet vaxtlarındakı qaydalar hökm sürür”

usaq-evlerinde-sovet-vaxtlarindaki-qaydalar-hokm-surur
Oxunma sayı: 1563

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov uşaq evlərində olan problemə toxunub.

“Qafqazinfo” xəbər verir ki, deputat uşaq evlərini tez-tez ziyarət etdiyini və bunun mənəvi bağlılıqla əlaqəli olduğunu bildirib.

Çıxışı zamanı isə deputat həmkarlarına irad tutub və onu bu mövzuda dinləmələrini istəyib. O bildirib ki, uşaq evlərində sovet vaxtlarında olan qaydalar hökm sürür: “O zaman ştat cədvəlləri nə qədər idisə, bu gün də elədir:

“Bir tərbiyəçiyə 25 uşaq düşür. Həmin tərbiyəçi bu uşaqları məktəbə aparıb-gətirməli, onlarla məşğul olmalıdır. Aidiyyəti orqanlardan bu məsələyə diqqət yetirməyi istəyirəm. Uşaq evlərinə hər iki valideyni tərəfindən tərk edilmiş uşaqlar buraxılmalıdır. Ancaq uşaq evlərində belə deyil. Bir valideyni atıb getmiş uşaqlar da uşaq evlərində yerləşdirilib. Bu da Nazirlər Kabinetinin nizamnaməsinin pozulmasıdır”.

Günel Türksoy