Sabirabad rayonunda bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, 11 yaşlı uşaq su kanalına düşərək ölüb. Fevralın 29-da Sabirabad rayonunun Nizamikənd kənd sakini, 1-ci qrup əlil, 11 yaşlı Rəhman Sadıqov evinin yaxınlığından keçən su kanalına yıxılaraq boğulub. Meyit sudan çıxarılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər