Uşaq-gəlinlərin sayında artım

usaq-gelinlerin-sayinda-artim
Oxunma sayı: 1312


Dövlət Statistika Komitəsindən “Qafqazinfo” ya verilən məlumata görə, 2013-cü ildə 86 852, 2014-cü ildə isə 84 912 rəsmi qeydə alınmış nikah bağlanıb.

Bu sayın azalmasına baxmayaraq, ötən il ərzində yaşı 18-dək olan qızların rəsmi nikaha daxil olması halları artıb. Azərbaycanda 2013-cü ildə 18 yaşadək gəlinlər tərəfindən 229, 2014-cü ildə isə 479 rəsmi qeydə alınmış nikah bağlanıb. Son iki ildə rəsmi qeydə alınmış nikaha daxil olan 18 yaşadək oğlanların sayı 2 nəfər olub.