Rusiyanın və Ukraynanın məşhur pop ulduzu Svetlana Loboda “Cosmopolitan Russia” jurnalına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, bir neçə aydır ki, hamilə olan 35 yaşlı müğənni eyni zamanda kamera qarşısına keçib, dərginin fotoqrafına pozalar verib.
Populyar ifaçı müsahibəsində maraqlı fikirlər səsləndirib. Loboda deyib ki, ikinci övladının dünyaya gəlməsi onun həyatını dəyişməyəcək:
“Mən əvvəlki hamiləliyimin 7-ci ayına kimi istirahətsiz işləmişəm. Biz konsert turu çərçivəsində 70-ə yaxın şəhər və bir neçə ölkə gəzmişik. İndi də istirahət etməyi planlaşdırmıram. Los-Angelesdə çəkilişlərim, albom hazırlıqlarım var. Payızda isə möhtəşəm konsert verəcəm, hazırlıqlar gedir. Uşaqlar isə həmişə mənimlədir. Böyük qızım Yeva mənim balaca kenqurumdur. İkinci övladım dünyaya gələndə heç nə dəyişməyəcək. Mənim çox gözəl dayəm, anam var. Onlar mənə hər zaman kömək etməyə hazırdırlar. Hər şey üçün vaxt tapılır, mən irəli gedəcəm”.
Bu məqamda bildirək ki, Svetlananın Till Lindemandan hamilə olduğu iddia edilir. Məşhur cütlük 2017-ci ildə Azərbaycana baş tutan “Jara” musiqi festivalı zamanı tanış olmuş, bundan sonra eşq yaşamağa başlamışdılar.



Son xəbərlər
Son Xəbərlər