Uşaq hüquqları haqqında yeni qanun hazırlanır

usaq-huquqlari-haqqinda-yeni-qanun-hazirlanir
Oxunma sayı: 1087

“Uşaq hüquqları haqqında” yeni Qanun layihəsi üzərində iş başa çatıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, yaxın vaxtlarda sözügedən layihə aidiyyəti orqanlarla razılaşdırılaraq yuxarı instansiyalara və Milli Məclisə təqdim olunacaq.

Qeyd edək ki, “Uşaq hüquqları haqqında” yeni Qanun Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli Sərəncamı ilə Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb.

Gülnar Əliyeva