Son aylar ərzində uşaq qidalarının qiyməti iki dəfə artıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə "Xəzər" TV süjet hazırlayıb.
Məlumata görə, hazırda minimum 3 manata təklif olunan uşaq qidasının qiyməti 5-6 manat arasında dəyişir.
Əczaçıların sözlərinə görə, uşaq qidalarında ilk dəfə artım 1 ay bundan öncə baş verib. Son 2 həftədə isə qiymət bir az da bahalaşıb.
Əczaçılar bildirir ki, qiymət artımına müştərilər də sərt reaksiya verir.
Bəzi əczaçılar isə qiymət artımına səbəb kimi uşaq qidalarının daha çox xaricdən gətirilməsini göstərir. Xərclərin artmasının qiymətlərə təsir göstərdiyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər