Uşaq üstündə ailələr arasında dava - 11 yaralı

usaq-ustunde-aileler-arasinda-dava
Oxunma sayı: 804

Türkiyədə iki ailə arasında uşaq üstündə kütləvi dava olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Şırnakda qeydə alınıb.

Məlumata görə, uşaqlar arasındakı davaya böyüklərində qarışması nəticəsində 11 nəfər yaralanıb. 

Polisin hadisəyə müdaxiləsi etməsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub. Yaralılar Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

Faktla əlaqədar artıq 3 nəfər saxlanılıb.