“Gələcəkdə uşaqlar və böyüklər üçün reabilitasiya yerləri ayrı olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Pərvin Əkbərov deyib.
O qeyd edib ki, hazırda bununla bağlı iş aparılır: “Çalışırıq bu məsələni tez həll edək. Çünki həm psixoloji, həm də tibbi protokollar baxımından bu düzgün deyil. Məsələn, uşaqlar mərkəzə gəldikdə dəhlizdə amputasiya olunmuş şəxsi görməməlidir, ağlayan uşaq səsi bərpa mərkəzində olan böyükləri narahat etməməlidir”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər