Uşaq xəstəxanasında həyəcan - 131 nəfər təxliyyə edildi

usaq-xestexanasinda-heyecan
Oxunma sayı: 2172

Rusiyanın Krasnodar vilayətində uşaq xəstəxanasının dam örtüyündə tüstülənmə baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Məlumata əsasən, xəstəxanadakı insanlar 19-u tibb mərkəzinin əməkdaşı olmaqla ümumilikdə 131 nəfər təxliyyə edilib.

Hadisə yerində yanğınsöndürmə xidmətinin əməkdaşları araşdırma aparır. Hazırda yanğının başvermə səbəbləri öyrənilir.

İnsanların artıq xəstəxanaya qayıtdığı vurğulanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.