Uşaq xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı

usaq-xestexanasinin-vezifeli-sexslerine-cinayet-isi-acildi
Oxunma sayı: 2647

1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.

Bildirilib ki, öz qulluq mövqeyindən istifadə edilməklə onlara etibar edilmiş özgə əmlakını mənimsənilərək dövlətə xeyli miqdarda ziyan vurulması faktı ilə bağlı hazırda Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılır.