Uşaqlar bu gün RTV-ni idarə edirlər- - Fotolar

usaqlar-bu-gun-rtv-ni-idare-edirler-
Oxunma sayı: 1001


"Qafqazinfo"ya daxil olan məlumata görə, televiziya ictimaiyyətin uşaqlara diqqətini artırmaq, onlara verilən dəyəri stimullaşdırmaq üçün həm idarəetmədə, həm də verilişlərin təqdimatında maraqlı dəyişikliklər edib.

Azərbaycan teleməkanında ilk dəfə atılan bu addım RTV-nin (Region TV) səhər proqramı olan “Gün başladı” verilişində start götürüb. Verilişin təkcə aparıcıları deyil, müxbir və yaradıcı heyəti də uşaqlarla əvəzlənib. Azyaşlıların bayramında verilişin qonaqları olan uşaqlar elə özlərindən danışıb.