Uşaqlar Günü Lənkəranda qeyd edildi

usaqlar-gunu-lenkeranda-qeyd-edildi
Oxunma sayı: 708

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Lənkəranda qeyd olunub.

Ləmkəran RİH-dən “Qafqazino”ya verilən məlumata görə, Mədəniyyət Mərkəzində keçirilən tədbirdə uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub.

Daha sonra tədbirdə ümumtəhsil və musiqi məktəbləri, məktəbəqədər təhsil müəssisələrinin şagird və uşaq kollektivlərinin iştirakı ilə hazırlanmış bayram konserti keçirilib.

Mərasimdə ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimləri, şagirdləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, tərbiyəçiləri, uşaqlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.