“Shokki Mokki” markası “Park Bulvar” ticarət mərkəzi ilə birgə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir keçirib.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda Bilik Gününün şərəfinə Shokki Mokki tək ləzzətli hədiyyələrlə deyil, eyni zamanda ölkəmizi istər siyasi, istər ictimai, istərsə də əyləncə sahəsində dünyanın ən mötəbər arenalarında təmsil etmiş məşhur insanlarla görüşmək imkanı yaradıb. Tədbiri Park Bulvar Ticarət Mərkəzənin PR meneceri Günay Malikqızı açaraq uşaqları çoxlu sayda sürprizlərin gözlədiyini elan edib. Milli Məclisin deputatı Aydın Mirzəzadə, olimpiya çempionu Elnur Məmmədli, kikboksçu Eduard Məmmədov, “Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə, ifaçılar Roza Zərgərli, Sevda Yəhyayeva, Aygün Tağıyeva, Samirə Allahverdiyeva, teleaparıcılar Ceyhun Əli, Rüfət Ağayev və Günay Novruzqızı uşaqları Bilik Günü münasibətilə təbrik ediblər, onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulayıblar. Natiqlərin hər biri uşaqlara təhsil sahəsində məsləhət və tövsiyələrini veriblər və yaxşı oxuyaraq valideynlərini sevindirmələrini arzu ediblər. Bundan əlavə onlar ölkənin tanınmış və hörmətli simaları ilə bağlı uşaqlara suallar veriblər. Hazırcavab balacalar Shokki Mokki-dən hədiyyələr qazanıblar. Tədbir zamanı face-art üzrə mütəxəssis uşaqların üzündə sevdikləri personajın obrazını çəkib.





Son xəbərlər
Son Xəbərlər