Uşaqlara hər gün süd içirək

usaqlara-her-gun-sud-icirek
Oxunma sayı: 1767


“Qafqazinfo” xəbər verir ki, ölkəmizdə günlük südün yeganə istehsalçısı olan kompleksdə günlük “Azərsüd” markasının istehsal prosesi nümayiş olunub.

Təzə süd məhsullarının istehsal prosesini əyani şəkildə müşahidə etmək üçün media nümayəndələri Kürdəmir Süd Kompleksində oldular.Süd istehsalı kompleksinin istehsal sahələrini əyani şəkildə müşahidə edən KİV nümayəndələri həmçinin zavodda istehsal olunan təzə süd, uzunömürlü süd (UHT), pendir, qatıq, ayran və s. digər məhsul növləri haqqında mütəxəssislər tərəfindən ətraflı məlumat alıblar.

Hər bir insan gündəlik olaraq kalsium və fosfor qəbul etməlidir. Bunlar isə süd və süd məhsullarından əldə edilir.

UHT(Ultra High Tecnology) süd: olduqca bahalı texnologiya ilə sterilizə edilərək (135C-də) gigyenik şəraitdə steril tetrapak qutularda qablaşdırılaraq əldə edilən süd çeşididir.

Tamamilə sterilizə edildiyindən və işıq, hava, qoxu keçirməyən tetrapak qablaşdırması sayəsində içindəki süd uzun müddət (4-6 ay) qala bilər.

Təzə süd isə, təkcə içərisindəki mikrobların öldürülməsi üçün daha az temperaturda bütün vitamin və mineralları saxlanaraq pasterize edilən gündəlik olaraq istifadə üçün əlverişli süddür. 4 gün saxlama müddəti vardır.

Hər iki südün də qaynadılmağa ehtiyacı yoxdur. Soyuq yaxud isti şəkildə içilə bilər.