“Uşaqlara qarşı fiziki və psixoloji zorakılığa son qoymaq lazımdır”

usaqlara-qarsi-fiziki-ve-psixoloji-zorakiliga-son-qoymaq-lazimdir
Oxunma sayı: 728

"Hazırda bir sıra ölkələrdə erkən uşaqlıq inkişafına sərmayələr qoyulması üçün müzakirələr keçirilir. Bu bir sıra gəlirli ölkələrdə baş verən müzakirələrdir. Bu uşaqların inkişafına inanılmaz bir töhfə verə bilər".

"Qafqazinfo" xəbər verir ki, bunu UNİCEF-də uşaq müdafiəsi, Avropa və Mərkəzi Asiya üzrə Baş Regional Məsləhətçi Aaron Qrinberq V mədəniyyətlərarası dialoq forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bununla bağlı 73 ölkədə tədqiqat aparılıb: " Məlum olub ki, 2,4 milyon uşaqların  bu ehtiyaclara imkanları yoxdur. Növbəti 6 ildə Avropa İttifaqı 6 milyardlıq yatırım edib. Bu sırf məktəbəqədər olan dövrü əhatə edən sərmayədir. Aşağı gəlirli ölkələr isə təməl prinsiplərə çıxışı əldə etməlidirlər. Eyni zamanda, uşaqlara qarşı fiziki və psixoloji zorakılığa son qoymaq lazımdır. Məsələn, mənim əkiz uşaqlarım sinirlərimlə oynayırlar. Mən necə edə bilərəm ki, onlara bağırmayım?! Mən özüm uşaq müdafiəçisiyəm. Amma bununla bərabər yardım almalıyam. Dövlətlər bu sahəyə külli miqdarda yatırım etməlidirlər".

Günel Türksoy