Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Makedoniya yığmasıyla yoldaşlıq görüşüylə bağlı fikirlərini açıqlayıb.
"Qafqazinfo" xəbər verir ki, təcrübəli mütəxəssis Belarusla matçdan sonra futbolçularda bir az psixoloji gərginlik olduğunu deyib: "Belarusa məğlubiyyətdən sonra uşaqlarda bir az psixoloji gərginlik var idi. Danışdıq ki, futbolda belə nəticələr olur. Buna hazır olmalıyıq. Nəticə öz yerində, bu gün çalışmalıyıq ki, bir neçə çatışmayan cəhətlərimiz var, bunu aradan qaldıraq. Uşaqlar hamısı istəklidir. Hamısı oynamağa hazırdırlar".
Xatırladaq ki, Belarusa Bakı Olimpiya Stadionunda 0:1 hesabıyla uduzan millimiz makedonlarla sabah Antalyada "Mardan" stadionunda qarşılaşacaq.
Son xəbərlər
Son Xəbərlər